Haqqımızda
AZ Cosmetics, 2013-cü ildə Azərbaycanda Kosmetoloji avadanlıq satışı ilə fəaliyyətə başlamışdır.
2013-cü ildə kosmetoloji avadanlıq və lazer texnologiyaları üzrə ixtisaslaşmış mühəndis Kənan Zeynalov tərəfindən təsis edilən Azcosmetics mmc fəaliyyətdə olduğu 9 il ərzində dünyanın qabaqcıl ölkələrindəki zavodlarla əməkdaşlıq edərək ən son innovasiyalı texnologiyaların ölkəmizdə satışı, təlimi və servisi ilə məşğuldur. Bu sahədə rəqib tanımayan və insanlarımıza laiqli xidmət göstərmək üçün yetəri qədər çətinliklərdən keçmiş və təcrübə toplamış kollektivimizin məqsədi alıcılara avadanlığın nə olduğunu mənimsətmək, avadanlıqla necə düzgün prosedur yerinə yetirməyi izah etmək və avadanlığa düzgün qulluğu öyrətməkdir. Azcosmetics mmc müştəri etibarı üzərində qurulub və həqiqətdən qidalanmaqdadır.
"Kosmetoloji və estetik texnologiyalar sahəsində qabaqcıl innovasiyalar təqdim edən, müştəri məmnuniyyəti, etibarlılıq və keyfiyyətlə dünya səviyyəsində tanınan bir lider şirkət olmaq. İnsanların gözəllik və sağlamlıq məqsədlərinə çatmasına kömək edərək, həm fərdi, həm də peşəkar uğurlarını dəstəkləyən bir brend qurmaq."
"Müasir kosmetoloji və lazer texnologiyalarını müştərilərimizə təqdim edərək, estetik və sağlamlıq sahəsində ən yüksək standartları təmin etmək. Müştərilərimiz üçün: Onların ehtiyaclarına uyğun, texnoloji baxımdan qabaqcıl, təhlükəsiz və effektiv məhsullar təqdim edərək, bizneslərini gücləndirmək və onların müştərilərinə mükəmməl xidmət göstərmələrinə dəstək olmaq. Cəmiyyət üçün: Daha keyfiyyətli və hər kəsə əlçatan kosmetoloji və estetik həllər təqdim edərək insanların özünəinamını artırmağa və həyat keyfiyyətlərini yaxşılaşdırmağa töhfə vermək. Davamlılıq və Etika: Əməliyyatlarımızda yüksək etik standartları qoruyaraq, ətraf mühitə dost həllər və davamlı inkişaf prinsiplərinə sadiq qalmaq.
Xidmətlər
Geniş Məhsul Seçimi
Kosmetoloji və lazer texnologiyaları sahəsində ən müasir və keyfiyyətli məhsulları təklif edirik.
Texnoloji İnnovasiya
Şirkətimiz daim bazar tendensiyalarını izləyir və yalnız qabaqcıl texnologiyaları müştərilərimizə təqdim edir.
Keyfiyyətə Zəmanət
Məhsullarımızın hər biri keyfiyyət sertifikatlarına malikdir və yüksək performans göstərmələri üçün test edilmişdir.
Müştəri Məmnuniyyəti
Bizim üçün müştərilərimizin məmnuniyyəti ən böyük prioritetdir.
Texniki Təlim və Servis
Satışdan sonra məhsullarımızın istifadəsi üzrə təlimlər keçirik və istənilən texniki problemlərin həllində daimi dəstək göstəririk.
Brend Zəmanəti
Dünyaca məşhur istehsalçılarla əməkdaşlıq edirik və yalnız orijinal, sertifikatlaşdırılmış məhsullar təklif edirik.
Müraciət et
Ödənişsiz seminarlarımızda iştirak etmək üçün qeydiyyatdan keçin biz sizinlə əlaqə saxlayaq.